...

Herbert Salberin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyi verilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2014 12:05 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə Herbert Salberin namizdəliyi verilib.
Herbert Salberin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyi verilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə Herbert Salberin namizdəliyi verilib.

Trend-in Avropa İttifaqının mətbuat xidmətinə istinadən verdiyi məlumata, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifi əsasında, Aİ üzv dövlətləri Herbert Salberin Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizdəliyinin irəli sürülməsinə siyası razılığını verib.

H.Salber bu vəzifəyə təyinatını gözləyərkən Cenevrə Beynəlxalq Müzakirələrinin iyunun 17-18-də keçiriləcək növbəti raunduna Aİ adından sədrlik edəcək.

H.Selber Almaniya Xarici İşlər Xidmətində fəaliyyətə başladıqdan sonra Belqrad, Vyana və Moskvada işləyib. H.Salber Qazaxıstanın Almatı şəhərində ATƏT Mərkəzinin rəhbəri, həmçinin ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru vəzifəsində çalışıb.

K.Eşton H.Salberin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizdəliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib ki, H.Salberin uzunmüddəli bilik və təcrübəsi Avropa İttifaqı üçün faydalıdır.

Qeyd edək ki, bundan öncə Aİ-nın Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsini Filipp Lefort icra edib. F.Lefortun missiyası bu ilin əvvəlində başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti