...

Tükiyədə prezident seçkilərində İƏT-in sabiq rəhbərinin namizədliyi irəli sürülüb

Siyasət Materials 17 İyun 2014 09:52 (UTC +04:00)
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) prezident seçkilərində iştirak üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun namizədliyini irəli sürüb.
Tükiyədə prezident seçkilərində İƏT-in sabiq rəhbərinin namizədliyi irəli sürülüb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) prezident seçkilərində iştirak üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun namizədliyini irəli sürüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Partiyanın lideri Kamal Kılıcdaroğlu bəyan edib ki, İhsanoğlu elə bir insandır ki, onun namizədliyi cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcək.

Ekmeleddin İhsanoğlu 1943-cü ildə anadan olub. 2004-cü ilin yanvarından 2013-cü ilədək İƏT-in baş katibi olub.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçirləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti