...

Əhməd Davudoğlu: Türkiyə böyük təhlükə qarşısındadır

Siyasət Materials 28 İyun 2014 11:13 (UTC +04:00)
Türkiyə böyük təhlükə qarşısındadır – XİN
Əhməd Davudoğlu: Türkiyə böyük təhlükə qarşısındadır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Türkiyə böyük təhlükə qarşısındadır, bunun səbəbi isə BMT Təhlükəsizlik Şurasının Suriya və İraqda acınacaqlı vəziyyətə vaxtında müdaxilə etməməyidir. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu verdiyi açıqlamada bildirib. Məlumatı Türkiyənin "Hürriyət" qəzeti verib.

XİN rəhbəri onu da qeyd edib ki, hazırda İraq və Suriya, eyni problemlər qarşısındadır, bu isə öz növbəsində qonşu Türkiyəyə təsir edir.

Xatırladaq ki, iyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti