Azərbaycan, Bakı, 28 iyun /Trend/
İyunun 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilmişdir.
Dövlətimizin başçısı əvvəlcə qonaqlarla söhbət etdi. Sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Şam yeməyinin sonunda ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.