...

Ərdoğan yeni rəhbərlik və yeni idarəetmə sistemi vəd edir

Siyasət Materials 1 İyul 2014 15:21 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, prezident seçiləcəyi təqdirdə, ölkə yeni rəhbərlik və yeni idarəetmə sistemi əldə edəcək.
Ərdoğan yeni rəhbərlik və yeni idarəetmə sistemi vəd edir

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, prezident seçiləcəyi təqdirdə, ölkə yeni rəhbərlik və yeni idarəetmə sistemi əldə edəcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan prezident seçilərsə, iqtisadiyyatın inkişafı və gücləndirilməsinə önəm verəcəyini deyib.

O, həmçinin ölkədəki qeyri-qanuni qurumlarla mübarizənin də yeni prezidentin prioritetlərindən olacağını qeyd edib.

Bu gün hakim Ədalət və İnkişaf Partiyası ölkənin Baş naziri R.T.Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti