...

Vitse-spiker Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlara cavab verib

Siyasət Materials 2 İyul 2014 12:13 (UTC +04:00)
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında iştirak edən danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib.
Vitse-spiker Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında iştirak edən danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib.

Trend-in məlumatına görə, B.Muradova qeyd edib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu təşkilatın öz qaydaları var.

Onun sözlərinə görə, bu zala şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsinin müvafiq prosedur qaydaları var və Azərbaycan da bu qaydaların hər bəndinə əməl edib: "Adıçəkilən şəxsin bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndləri və müxalif mövqeləri ilə seçilən şəxslər iştirak edirlə. Onlar prosedur qaydalarına əməl etdiklərinə görə bura buraxılıblar və Azərbaycan hökuməti onlar üçün hər cür şərait yaradıb".

Qeyd edək ki, danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmamasında Azərbaycan hökumətini ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti