...

Prezident İlham Əliyev NATO Dəstək Agentliyinin baş menecerini qəbul edib

Siyasət Materials 7 İyul 2014 16:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mark Laydeni qəbul etmişdir.
Prezident İlham Əliyev NATO Dəstək Agentliyinin baş menecerini qəbul edib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mark Laydeni qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti