...

Musa Qasımlı: Prezident İlham Əliyev diplomatlar qarşısında gələcək perspektivləri müəyyənləşdirdi

Siyasət Materials 8 İyul 2014 13:37 (UTC +04:00)
Cənab Prezidentimiz son müşavirədə ötən müddətdə keçilən yola yekun vurdu, mövcud vəziyyəti təhlil etdi, gələcək perspektivləri müəyyənlədşdirdi.
Musa Qasımlı: Prezident İlham Əliyev diplomatlar qarşısında gələcək perspektivləri müəyyənləşdirdi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

"Cənab Prezidentimiz son müşavirədə ötən müddətdə keçilən yola yekun vurdu, mövcud vəziyyəti təhlil etdi, gələcək perspektivləri müəyyənlədşdirdi. Cənab Prezidentimiz bu nitqi ilə diplomatlar, tarixçilər qarşısında çox mühüm vəızifələr qoydu. Bu vəzifələr Azərbaycanın bütün diplomatiyasının, taktikasının yerinə yetirilməsinə yönəlmişdi". Bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışını şərh edərkən millət vəkili Musa Qasımlı deyib.

M.Qasımlı deyib ki, dövlət başçısının Azərbaycanın Dağlıq Qarabağ regionuna ermənilərin yerləşdirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə bağlı Azərbaycana qarşı başladığı hərbi təcavüzün nəticələri, Ermənistanı terrorçuların idarə etməsi və digər məsələlərlə bağlı həqiqətləri dünyaya çatdırmağı bir vəzifə kimi qarşıya qoyması əhəmiyyətlidir: "Cənab Prezidentimizin nitqində Azərbaycan ərazilərində 1918-cı ildə Ermənistan adlı dövlətin yaradılması və İrəvanın Azərbaycan tərəfindən ermənilərə paytaxt olaraq güzəştə gedilməsinə dair tarixi həqiqətləri sadə, anlaşıqlı dildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləməsi də əhəmiyyətli idi. Bu, onu göstərir ki, dünya ictimaiyyəti bilməlidir - ermənilər bir ərazini işğal etdikdən sonra böyük Ermənistan yaratmaq məqsədilə daim işğallarını genişləndirmişlər. Bu həqiqətlərin çatdırılması ermənilərin yığcam yaşadığı ölkələrin ictimaiyyətinə də bir mesajdır. Bu, o deməkdir ki, ermənilər harada yığcam yaşayırlarsa, həmin ölkələrin ərazi bütövlüyü təhdid altındadır".

Onun sözlərinə görə, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır, bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar.

M.Qasımlı hesab edir ki, bu nitq diplomatlar, diplomatiya sahəsində təhsil alan tələbə və magistrlər tərəfindən ciddi şəkildə öyrənilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti