...

Mübariz Əhmədoğlu: Kilsələrini oğurluq, kriminal və erotik şou məskəninə çevirən ermənilər xristianlıqdan qazanmaq istəyir

Siyasət Materials 11 İyul 2014 12:03 (UTC +04:00)
Kilsələrində baş verən oğurluq bütün dünyaya səpələnmiş erməniləri birləşdirən milli xarakterə çevrilir.
Mübariz Əhmədoğlu: Kilsələrini oğurluq, kriminal və erotik şou məskəninə çevirən ermənilər xristianlıqdan qazanmaq istəyir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Kilsələrində baş verən oğurluq bütün dünyaya səpələnmiş erməniləri birləşdirən milli xarakterə çevrilir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq deyib ki, Avropada, ABŞ-da, MDB-də və ya Yaxın Şərqdə yaşamasından asılı olmayaraq ermənilərin kilsələrində oğurluq halları baş verib: "Yaxın Şərqdəki ermənilər mənəviyyat baxımından ən saf hesab olunsalar da, hətta bu regionda da erməni kilsələrində bir neçə dəfə oğurluq olub. Ola bilər, erməni kriminalları kilsələrə verdiyi ianəyə öz vəsaitləri kimi yanaşırlar və ehtiyacları olanda yenidən onu kilsədən oğurlayırlar. Bu bir daha erməni kriminalları ilə erməni kilsələrinin sıx əlaqədə olduğunu göstərir. Yaxınlarda Qarni məbədində Ermənistanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı təntənəli yubileylər keçirdi. Yubileylərdə musiqi və rəqs kompozisiyası tamamilə erotik şou stilində qurulmuşdu".

M.Əhmədoğlunun sözlərinə görə, harada yaşamasından asılı olmayaraq erməni din xadimləri varlı təbəqəyə aiddir: "Paradoksal olsa da həqiqətdir ki, harada yaşamasından asılı olmayaraq bütün erməni icmalarında da kasıbların sayı az deyil. Ermənilər xristianlığı nə zaman və hansı coğrafiyada qəbul etdiklərini açıqlaya bilmirlər. Belə Ermənistan özünü Avropa və Dünyaya xristianlığın alınmaz qalası kimi təqdim edir. Avrokomissar Ş.Füle və Avropa Xalq Partiyasının keçmiş lideri V.Martensin hesabına bütün Avropa ermənilərin xristianlığına inanıb. Yeri gəlmişkən, RF istəsə istənilən anda Avropa siyasətçilərini bu mövzuda pis vəziyyətdə qoya bilər. Çünki RF, hətta Avropa dövlətlərindəki arxiv sənədlərilə ermənilərin indiki Ermənistana və Dağlıq Qarabağa Çar Rusiyası tərəfindən köçürüldüyünü sübut edə bilər".

Politoloq bildirib ki, ermənilər bir dəfə Uruqvay əhalisinin xristianlığından istifadə edərək onları aldada bildi: "1965-ci ildə Uruqvay erməni soyqırımını tanıdı. İndi də xristian makleri S.Sarkisyan Uruqvayın katolisizmə saf münasibətindən istifadə edərək Dağlıq Qarabağın müstəqilliyini tanıtmaq istəyir. S.Sarkisyanın əxlaqsızlığı o səviyyədədir ki, Ermənistan özü "erməni soyqırımı"nı və Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda bunları digər dövlətlərdən tələb edir. S.Sarkisyan belə davranış manerasını xristianlıq hesab edir. Hər halda erməni mətbuatı Uruqvay prezidentinin adından saxta məlumatlar yaysalar da hiss olunur ki, bu prezident sadə və kasıb olsa da sadəlövh deyil".

Onun sözlərinə görə, ermənilərin uydurduğu Uruqvay prezidenti Ermənistanla bağlı maraqlı açıqlama verdi: "O, Ermənistanın gücünü zəifliyində hesab edir, başqa sözlə ermənilər acizliyini, ağlağanlığını və dilənçiliyini güc parametri kimi təqdim edə biliblər. Dünya xristianları ermənilərin, o cümlədən S.Sarkisyanın xristianlıqla bağlı dediklərinin mahiyyətini başa düşürlər. Hər halda bəşəriyyət erməniləri nə qədər tez tanısa, bir o qədər yaxşıdır. Çünki müasir İT texnologiyalardan bəhrələnən ermənilər etnokriminal şəbəkələrini beynəlxalq struktura çevirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti