...

Oqtay Əsədovun başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Eduard Şevardnadzenin dəfnində iştirak edəcək

Siyasət Materials 12 İyul 2014 12:18 (UTC +04:00)
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak edəcək.
Oqtay Əsədovun başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Eduard Şevardnadzenin dəfnində iştirak edəcək

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak edəcək.

Trend Milli Məclisin saytına istinadən xəbər verir ki, iyulun 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Tbilisidə səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər həmin gün başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti