...

İraq parlamenti ölkənin yeni prezidentini seçdi

Siyasət Materials 24 İyul 2014 17:49
İraq parlamentinin Nümayəndələr Şurası Fuad Məsumu ölkə prezidenti seçib.
İraq parlamenti ölkənin yeni prezidentini seçdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İraq parlamentinin Nümayəndələr Şurası Fuad Məsumu ölkə prezidenti seçib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yerli KİV-ə istinadən xəbər varir.

Seçkilər çərşənbə günü keçirilməli idi, lakin deputatlar arasında bu ali dövlət postuna namizədlə bağlı yaranmış fikir ayrılığı səbəbindən bu gün keçirilib.

Hazırda Nümayəndələr Şurasının əsas vəzifəsi hökuməti formalaşdırmaqdır. Parlamentarilər ilk növbədə spiker, Prezident və Baş nazir kimi rəhbər postlarla bağlı razılığa gəlməlidirlər. Spiker ötən həftə sünni koalisiyasının nümayəndəsi Səlim əl-Cuburi seçilib.

İraq Prezidenti əsasən reprezentativ funksiyaları yerinə yetirir. Bu zaman əsas hakimiyyət faktiki olaraq Baş nazirin əlində cəmləşir ki, bu posta seçkilər hələ qarşıdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti