...

YAP Gənclər Birliyinin üzvləri Türkiyəyə rəsmi səfərə dəvət ediliblər

Siyasət Materials 6 Avqust 2014 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Səidə Ağayeva/

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Ədalət və İnkişaf Partiyasının təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə dəvət edilib.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, "Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı" çərçivəsində avqust ayının 06-11-də həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinın sədri Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov təmsil olunacaqlar.

Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti