Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin fəaliyyətdə olan Prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasına qayıtmaq niyyətindədir. Bu barədə Trend bazar ertəsi "TRT Haber" telekanalına istinadən məlumat verir.
A.Gülün sözlərinə əsasən, o, hakim partiyada digər vəzifələrdə siyasi fəaliyyətini davam etdirəcək.
Daha əvvəl yayılan məlumatlarda isə bildirilirdi ki, A.Gül səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi arenadan gedəcək.