...

ABŞ Səfirliyi: Dövlət Departamentinin vizaların verilməsi prosesində yaranan problem artıq aradan qaldırılıb

Siyasət Materials 19 Avqust 2014 11:56 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin vizaların verilməsi prosesində yaranan problem artıq aradan qaldırılıb. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
ABŞ Səfirliyi: Dövlət Departamentinin vizaların verilməsi prosesində yaranan problem artıq aradan qaldırılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ Dövlət Departamentinin vizaların verilməsi prosesində yaranan problem artıq aradan qaldırılıb. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirliyinin məlumatına görə, viza verilmə prosesi tam qaydada bərpa olunub.

Qeyd edək ki, ABŞ bütün dünyada viza verilməsi prosesinin dayandırılmışdı və bunun da ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıqla bağlı olduğunu bildirmişdi.

ABŞ-ın ölkəmizdəki səfirliyindən öncə Trend-ə viza verilməsi prosesinin dayandırılmasını şərh edərək bildirmişdilər ki, viza verilməsi prosesinin dayandırılması Azərbaycan da daxil olmaqla qlobal texniki problemdir və bu problem artıq həll olunmaq üzrədir.

Səbəb kimi ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıq göstərilirdi. Bu problem qlobal xarakter daşıyırd, hər hansı ölkədən və ya viza kateqoriyasından asılı deyil idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti