...

Ramazan Abdulatipov: Dağıstan və Azərbaycan yeni birgə layihələr reallaşdırırlar

Siyasət Materials 11 Sentyabr 2014 10:41 (UTC +04:00)
Dağıstan və Azərbaycan bir neçə yeni layihə, o cümlədən Dərbənd yaxınlığında zavodun və şəhərin özündə idman mərkəzinin tikintisi reallaşdırılır.
Ramazan Abdulatipov: Dağıstan və Azərbaycan yeni birgə layihələr reallaşdırırlar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Dağıstan və Azərbaycan bir neçə yeni layihə, o cümlədən Dərbənd yaxınlığında zavodun və şəhərin özündə idman mərkəzinin tikintisi reallaşdırılır. Bu barədə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov bildirib. Trend cümə axşamı "RİA Daqestan" agentliyinə istinadən xəbər verir.

Abdulatipov hərbi xidmət keçmək üçün Dağıstana gələn zabitlərlə görüşüb. O, Dağıstan Respublikasının sərhədyanı rayonlarının Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları ilə iqtisadi əlaqələri barədə danışıb.

Abdulatipov bildirib: "Mən respublikanən rəhbərliyinə keçəndə Dağıstanın Azərbaycan və Gürcüstanla heç bir iqtisadi və mədəni layihəsi yox idi. İndi Azərbaycan Respublikası ilə bir neçə proqram və layihə həyata keçirilir. Bu il biz gələn il mədəniyyət investiisya forumunun keçirilməsi estafetini Azərbaycana vermişik. Bizə Gürcüstanla əlaqələrimizi aktivləşdirmək lazımdır. Biz burada yanaşmaları axtarırıq, Xarici İşlər Nazirliyin ilə məsləhətləşirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti