Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Bu gün müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib.
Trend-in məlumatına görə, qurultayda partiya başqanlığına, eləcə də Mərkəzi Nəzarət və Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə seçkilər keçirilib, Nizamnaməyə və partiyanın proqramına dəyişikliklər edilib.
Partiya başqanlığa Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizədliyini verib. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.
Qeyd edək ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
Səsvermə nəticəsində Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib.