...

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 20 Oktyabr 2014 13:22 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin bugün Azərbaycana səfəri başlayır.
Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin bu gün Azərbaycana səfəri başlayır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, H.Salber səfəri zamanı Azərbaycan rəhbərliyi, xarici işlər naziri Elmar Məmmədyarov və Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşü gözlənilir.

Xüsusi nümayəndə həmçinin Bakı ətrafındakı məskunlaşan məcburi köçkünlərə baş çəkməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti