...

Ketrin Eşton və Ştefan Füle Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Siyasət Materials 21 Oktyabr 2014 14:00 (UTC +04:00)
Biz Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı və dörd vətəndaş cəmiyyəti fəalı da daxil olmaqla 80 məhbusun azadlığa çıxmasına dair əfv sərəncamını alqışlayırıq
Ketrin Eşton və Ştefan Füle Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend, müxbir Səbinə Əhmədova/

"Biz Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı və dörd vətəndaş cəmiyyəti fəalı da daxil olmaqla 80 məhbusun azadlığa çıxmasına dair əfv sərəncamını alqışlayırıq".

Trend-in Avropa İttifaqının saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton ilə Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq çox vacibdir: "Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşürük və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti