...

Ramil Usubov Qətər səfərindən danışdı

Siyasət Materials 29 Oktyabr 2014 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətərin ölkəmizdəki səfiri Mübarək bin Fahd Al-Tanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir dövlət başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik templə inkişaf etdiyini nəzərə çatdırıb, buna əyani sübut kimi Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən oktyabrın 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmasını, orada işgüzar və faydalı danışıqların aparılmasını və "Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" Sazişin imzalanmasını nümunə göstərib.

R.Usubov yüksək səviyyəli qarşılıqlı təmasların və ziyarətlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyini, Azərbaycan tərəfinin birgə əlaqələrin daha da dərinləşməsində hər zaman maraqlı olduğunu vurğulayıb, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir qəbula və xoş sözlərə görə təşəkkür edib, Qətərlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, respublikamızada diplomatik missiyasının həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti