...

Mübariz Qurbanlı dini radikalizmə qarşı mübarizədən danışdı

Siyasət Materials 3 Noyabr 2014 17:37
Bəzi radikal dini qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin Odlar Yurdu Universiteti ilə birgə keçirdiyi “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfransda deyib.
Mübariz Qurbanlı dini radikalizmə qarşı mübarizədən danışdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bəzi radikal dini qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin Odlar Yurdu Universiteti ilə birgə keçirdiyi "Milli-mənəvi dəyərlərimiz və gənclər" mövzusunda konfransda deyib.

Komitə sədri qeyd edib ki, bunun qarşısının alınması üçün görülən işlər bundan sonra da uğurla davam etdiriləcək: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir".

M.Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

O, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə belə bir konfransın keçirilməsi məhz bu ehtiyacdan yaranıb.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb.

G.İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti