Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan və Türkiyə NATO ölkələrinin birgə keçirdiyi "Nusret-2014" hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edirlər. Bu barədə Trend Türkiyənin "DHA" xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hərbi təlimlər dekabrın 30-dək davam edəcək.
Təlimlər Egey dənizində keçirilir.
Azərbaycanla yanaşı, hərbi təlimlərdə 17 dövlət müşahidəçi qismində iştirak edir.
Foto: DHA