Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı adi avtomobillə hərəkət etmək barədə xahişini yerinə yetirməkdən imtina edib.
Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə imtinanı təhlükəsizlik tələbləri ilə əlaqələndirib.
Roma Papasının Türkiyəyə səfərində təhlükəsizliyi 6 min polis qoruyacaq. O, Türkiyəyə səfər edəcək dördüncü Roma Papası olacaq.
Bunadək Türkiyəyə Papa VI Pavel (1967-ci il), Papa II İohan Pavel (1979) və Papa XVI Benedikt (2006) səfər edib.