...

Səxavət Əlisoy: "Müsavat partiyasının bugünki mitinqi sadəcə olaraq biabrçılıqdır"

Siyasət Materials 14 Dekabr 2014 17:24 (UTC +04:00)
"Müsavat partiyasının bugünki mitinqi sadəcə olaraq biabrçılıqdır, insanları bir daha xəyal qırıqlığına uğratmaqdır".
Səxavət Əlisoy: "Müsavat partiyasının bugünki mitinqi sadəcə olaraq biabrçılıqdır"

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat partiyasının bugünki mitinqi sadəcə olaraq biabrçılıqdır, insanları bir daha xəyal qırıqlığına uğratmaqdır". Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoyun sözlərinə görə, bu mitinq bir daha onu sübut etdi ki, Arif Hacılı son 20 il ərzində Müsavat partiyasının bütün təşkilati işlərinə belə rəhbərlik edib.

Başqanlığa keçmiş namizəd qeyd edib ki, həmişə olduğu kimi Arif Hacılı burada da saxtakarlığa yol verir:

"Burada da saxtakarlığa yol verirlər. Mitinq iştirakçılarının sayını 1500 nəfər deyirlər, halbuki, 200-300 nəfər insan var idi, onların da 70 faizi onların xəyanətkar adlandırdığı insanlardan ibarət idi. Təəssüflər olsun ki, Arif Hacılının zehniyyətinə uymuş müsavatçıları onlar rəzil günə qoydular".

S.Əlisoy əlavə edib ki, bu mitinq sadəcə Arif Hacılının piketidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti