...

Prezident İlham Əliyev Sabirabadda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 16 Dekabr 2014 20:17 (UTC +04:00)
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev Sabirabadda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. Meydanda fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti