...

Ombudsman bələdiyyələrdə qadınların sayının daha da artacağına ümid edir

Siyasət Materials 23 Dekabr 2014 18:51 (UTC +04:00)
Azərbaycanda artıq dördüncü dəfə keçirilən bələdiyyə seçkilərinə hazırlıq dövründə dairə, məntəqə seçki komissiyalarının binalarının texniki avadanlıqla təchizatı, informasiya sisteminə qoşulması çox müsbət haldır.
Ombudsman bələdiyyələrdə qadınların sayının daha da artacağına ümid edir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda artıq dördüncü dəfə keçirilən bələdiyyə seçkilərinə hazırlıq dövründə dairə, məntəqə seçki komissiyalarının binalarının texniki avadanlıqla təchizatı, informasiya sisteminə qoşulması çox müsbət haldır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanova qadınların da bələdiyyə seçkilərində aktivliyinin artmasını müsbət hal kimi dəyərləndirib.

Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində böyük dönüş yarandı: "Ona qədər bələdiyyələrdə təmsil olunan qadınların göstəricisi 4 faiz idisə, 2009-cu ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 26 faizə qalxdı. Bu il bələdiyyələrdə qadınların sayının daha da artacağına ümid edirik".

Ombudsman əlavə edib ki, qadınların bələdiyyələrdə daha çox təmsilçiliyinə nail olmaq üçün ölkə ərazisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman təsisatı, QHT-lər, media çox böyük təbliğat-təşviqat kampaniyası aparıb.

E.Süleymanova bildirib ki, Ombudsman təsisatı ölkədə bələdiyyələrlə çox aktiv işləyir: "Ombudsman təsisatının 41 əməkdaşı bu gün ölkə ərazisində 50 seçki dairəsində seçkiləri müşahidə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti