...

GUAM-ın yeni baş katibi azərbaycanlı diplomat olacaq

Siyasət Materials 23 Yanvar 2015 15:46 (UTC +04:00)
2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır. Bunu cümə günü Trend-ə V. Çeçelaşvili deyib.
GUAM-ın yeni baş katibi azərbaycanlı diplomat olacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır. Bunu cümə günü Trend-ə V.Çeçelaşvili deyib. Onun sözlərinə görə, GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq. V.Çeçelaşvili söhbətin kimdən getdiyini açıqlamayıb.

O, qeyd edib ki, azərbaycanlı diplomat layiqli və ciddi insandır: "Onun təkcə öz ölkəsində deyil, həm də regionda böyük hörmət və nüfuzu var. Mən Gürcüstana, çox güman ki, XİN-ə qayıdacağam, lakin bu, hələ təsdiqini tapmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti