Prezident İlham Əliyev: Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir (FOTO)

Prezident İlham Əliyev: Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir  (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Şaxələndirmə strategiyaları" mövzusunda enerji təhlükəsizliyi "dəyirmi masa"sı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "dəyirmi masa"da iştirak edib.

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger tədbir iştirakçılarını və Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

Artıq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin əhatə dairəsinin genişləndiyini, 2013-cü ildən bu siyahıya enerji təhlükəsizliyinin də daxil olduğunu deyən Volfqanq Fredrik İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi və "dəyirmi masa"nın işinə uğurlar arzuladı.

Sonra tədbirin aparıcısı sözü Azərbaycan Prezidentinə verdi.

Dövlətimizin başçısı "dəyirmi masa"da çıxış etdi: "Çox sağ olun. Əvvəlcə səfir İşingerə dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Münxendə yenidən olmaq məndə məmnunluq hissi doğurur. Burada belə bir müzakirənin təşkil olunmasına görə sizə təşəkkür etmək istəyirəm. Çünki enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır".

Prezident bildirib ki, Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır: "İndi - "Cənub" qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir addım atmışdıq".

İlham Əliyev deyib ki, bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir: "İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük "Şahdəniz" yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu - TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan "Cənub" qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı".

İlham Əliyev xatırladıb ki, 2013-cü ildə Trans-Adriatik - TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib: "2014-cü il sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. İndi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq. "Şahdəniz" yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır".

Dövlət başçısının sözlərinə görə, aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir: "Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. "Şahdəniz" yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Biz bu il fevralın 12-də Bakıda "Cənub" qaz dəhlizi layihəsinin Məşvərət Şurasını keçirəcəyik. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, "Şahdəniz-2" layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.

Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də "Cənub" qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq.

Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır".

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Bütün xəbərlər