...

Azərbaycan və Qırğızıstan müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparıb

Siyasət Materials 12 Fevral 2015 11:57 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Qırğızıstanın müdafiə nazirini qəbul edib.
Azərbaycan və Qırğızıstan müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Müdafiə sənayesi naziri Yavər Camalov Qırğızıstanın müdafiə nazirini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Yavər Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Səmimi və mehriban şəraitdə keçən görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Görüşdə Qırğızıstanın Azərbaycandakı səfiri Ayciqit Buranov iştirak edib.

Nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də olub, istehsal prosesini yaxından izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti