...

Rəsmi Bakı ABŞ-la Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmir

Siyasət Materials 12 Fevral 2015 15:18 (UTC +04:00)
Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik.
Rəsmi Bakı ABŞ-la Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, ayrı-ayrı ekspertlərin, hüquq müdafiə təşkilatlarının və yaxud da ayrı-ayrı mərkəzlərin müxtəlif məsələlərlə bağlı öz rəyləri ola bilər: "Amma Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə əməkdaşlıq davam edir. Həmçinin beynəlxalq sülh yaratma prosesində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqaz regionunun transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşdırılması və digər məsələlərdə əməkdaşlıq səngiməyib".

Ə.Həsənovun sözlərinə görə, bəzi dairələr bu münasibətləri kəskinləşdirməyə çalışırlar, onlar ABŞ mediasında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər. Həmin materiallar bir qayda olaraq gerçəkliyi əks etdirmir və ikitərəfli münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır və yayımlanır: "Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti