...

Bakıda Venesiya Komissiyası ilə birgə konfransın vaxtı dəyişdirildi

Siyasət Materials 9 Aprel 2015 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyasının Bakıda keçirməyi planlaşdırdığı birgə konfransın vaxtı dəyişdirilib. Bu barədə Trend-ə Venesiya Komissiyasının mətbuat xidmətindən bildirilib.

"Fərdi şikayətlər əsasında konstitusion hüquqlar və azadlıqların müdafiəsi" mövzusunda konfrans bu il oktyabrın 2-də keçiriləcək. Bundan əvvəl isə tədbir sentyabrın 25-nə planlaşdırılmışdı.

Konfrans Azərbaycan Konstitusiya Məhkəməsinin 20-ci ildönümünə həsr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti