...

Roma papasının bəyanatı bölgədə sülhə yönələn təhdiddir

Siyasət Materials 13 Aprel 2015 14:03 (UTC +04:00)
Roma papasının 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması din xadimlərinin siyasi münaqişədə vasitəçi kimi çıxış etməsinə olan ümidləri məhv etdi.
Roma papasının bəyanatı bölgədə sülhə yönələn təhdiddir

Trend-in Yaxın şərq redaksiyasının rəhbəri

Rufiz Hafizoğlu - Trend:

Roma papasının 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandırması din xadimlərinin siyasi münaqişədə vasitəçi kimi çıxış etməsinə olan ümidləri məhv edib.

Bu bəyanat Türkiyənin prezidenti, baş naziri və xarici işlər nazirinin sərt tənqidinə səbəb oldu. Ankara Vatikandakı səfirini məsləhətləşmə üçün geri çağırdı.

Ərdoğan pontifikin "ermənilərə qarşı soyqırım törədilməsi" ilə bağlı iddiasını qəbuledilməz adlandırıb.

Əgər papanın bəyanatına diqqət yetirsək, heç bir şübhə olmadan deyə bilərik ki, Türkiyənin 1915-ci il hadisələrinin aydınlaşması naminə hər şeyi etməyə hazır olduğu barədə bəyanatlar fonunda Vatikan rəhbərinin açıqlaması siyasi məntiqə sığmır.

Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana qarşı jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın etdiyi müraciət də bu jestlərdən sayıla bilər. Ərdoğan bildirmişdi ki, 1915-ci il hadisələri təkcə ermənilər üçün yox, ölkədə yaşayan ərəblər, kürdlər və digər millətlərin nümayəndələri üçün də ağır dövr olub.

1915-ci il hadisələrinin gedişatında ermənilərdən ibarət quldur dəstələrinin müsəlman əhaliyə və Anadoluda yaşayan müxtəlif xalqların nümayəndələrinə işgəncə verməsinə dair bir çox faktlar mövcuddur.

Bundan başqa, ötən əsrin əvvəllərində dinc sakinlərə qarşı törədilmiş erməni terrorunun izlərinə Azərbaycanın demək olar bütün regionlarında rast gəlmək olar.

Uydurma "soyqırım"dan danışarkən, Ermənistan rəsmiləri və erməni lobbisi hər dəfə "ölənlərin" sayını artırır. Bundan əvvəl iddia olunur ki, guya 1915-ci il hadisələri zamanı 500 min erməni öldürülüb, indi isə bu rəqəmi 1,5 milyona qaldırıblar. Bu da ermənilərin iddialarının diqqətli yoxlanılması üçün daha bir əsasdır. Əgər həqiqətən də "erməni soyqırımı" törədilmiş olsaydı, o zaman Türkiyənin arxivləri açmaq barədə çağırışları indiyə qədər cavabsız qalmazdı.

Təəssüflər olsun ki, Roma papasının erməni yalanını dəstəkləməsi təkcə islamofobiyanın artmasına xidmət yox, həm də bölgədə sülhə qarşı yönələn ciddi təhlükədir.

Azərbaycan hökumətinin Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasını dəstəklədiyi zaman Roma Papasının bu açıqlaması bölgədəki etnik münaqişələrinin qızışmasına rəvac verir.

Belə açıqlama verməzdən əvvəl, Roma papası XX əsrdəki erməni terrorunun sübutları ilə tanış olmalıydı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti