...

Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub

Siyasət Materials 30 Aprel 2015 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcəkdir.

Tanışlıq xarakteri daşıyan görüşdə Ə.Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşdə YAP İcra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti