...

Azərbaycan və Fransa şəhərləri arasında əməkdaşlıq müqavilələri imzalanacaq

Siyasət Materials 18 May 2015 17:59 (UTC +04:00)
Yaxın günlərdə Fransanın iki şəhəri ilə Azərbaycanın iki şəhəri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq.
Azərbaycan və Fransa şəhərləri arasında əməkdaşlıq müqavilələri imzalanacaq

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Elçin Mehdiyev/

Yaxın günlərdə Fransanın iki şəhəri ilə Azərbaycanın iki şəhəri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə deyib.

P.Mönye qeyd edib ki, müqavilə Fransanın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri və Fransanın Evian şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında imzalanacaq.

Səfirin sözlərinə görə, Fransanın hər iki şəhərinin meri hazırda Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycandadır və Forumda iştirakdan sonra müqavilələrin imzalanması baş tutacaq. Diplomat vurğulayb ki, bu baxımdan cari həftə Azərbaycanla Fransa arasında səmərəli həftə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti