...

Riqada liderlərin toplantısı keçirilir

Siyasət Materials 19 May 2015 11:21 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı öz işinə başlayır.
Riqada liderlərin toplantısı keçirilir

Azərbaycan, Bakı, 19 may /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvinin Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı öz işinə başlayır. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramına və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrinə dair müzakirələr aparacaq.

İki gün davam edəcək toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, Qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski, Albaniyanın sabiq Prezidenti Recep Meydani iştirak edəcək.

Bundan başqa, müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın eks-prezidenti Valdis Zatlers də qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti