...

Riqada "Şərq tərəfdaşlığı" ölkələrinin birinci mətbuat konfransı başlayıb

Siyasət Materials 20 May 2015 11:55 (UTC +04:00)
Riqada “Şərq tərəfdaşlığı” üzv-ölkələri “”Şərq tərəfdaşlığı”nda mətbuatın rolu” mövzusunda ilk mətbuat konfransı öz işinə başlayıb.
Riqada "Şərq tərəfdaşlığı" ölkələrinin birinci mətbuat konfransı başlayıb

Latviya, Riqa, 20 may /Trend, müxbir Cəmilə Əliyeva/

Riqada "Şərq tərəfdaşlığı" üzv-ölkələrinin ""Şərq tərəfdaşlığı"nda mətbuatın rolu" mövzusunda ilk mətbuat konfransı öz işinə başlayıb.

Trend-in Riqaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə demokratiyanın qurulmasında müstəqil mətbuatın rolu, peşəkar jurnalistikanın əsasları, söz azadlığının təmin olunmasında dövlətin rolu müzakirə olunacaq. Konfransın ilk iclasında ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberq, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti