...

Novruz Məmmədov: Siyasət aləmində işlədilən "priyomlar" artıq idman sahəsində də asanlıqla tətbiq olunur

Siyasət Materials 30 May 2015 11:02 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-da baş verən hadisələrə və təşkilatda keçirilən prezident seçkilərinə münasibət bildirib.
Novruz Məmmədov: Siyasət aləmində işlədilən "priyomlar" artıq idman sahəsində də asanlıqla tətbiq olunur

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-da baş verən hadisələrə və təşkilatda keçirilən prezident seçkilərinə münasibət bildirib.

Trend-in məlumatına görə, N.Məmmədov öz "Twitter" səhifəsində yazıb: "Çox maraqlıdır, siyasət aləmində işlədilən "priyomlar" artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün, görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi".

Qeyd edək ki, ötən gün Yozef Blatter növbəti dəfə FIFA-nın prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti