...

RF-nin daimi nümayəndəsi: Azərbaycanın ATƏT-in Bakı ofisinin bağlanması haqqında qərarı haqldır

Siyasət Materials 9 İyun 2015 18:01 (UTC +04:00)
Azərbaycanın ölkədə ATƏT əlaqələndiricisinin ofisinin bağlanması haqqında qərarı haqlıdır.
RF-nin daimi nümayəndəsi: Azərbaycanın ATƏT-in Bakı ofisinin bağlanması haqqında qərarı haqldır

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanın ölkədə ATƏT əlaqələndiricisinin ofisinin bağlanması haqqında qərarı haqlıdır.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Andrey Kelin Bakının bu qərarını şərh edərkən deyib.

O, qeyd edib: "Hesab edirik ki, Azərbaycanın bu addımı haqlıdır, çünki ölkənin ATƏT tərəfindən hansı yardım almaq istəməsi ilə bağlı qərar vermək hüququ var".

Xatırladaq ki, Azərbaycan ötən gün ATƏT-in Daimi Şurasının iclasında təşkilatın Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə katibliyini ölkədə layihə əlaqələndiricisinin ofisinin bağlanması qərarı barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti