...

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Baş nazirinin birinci müavinini qəbul edib

Siyasət Materials 13 İyun 2015 13:37 (UTC +04:00)
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.

İtaliya Baş nazirinin birinci müavini Klaudio De Vinçenti "Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olundu, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti