...

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırır

Siyasət Materials 16 İyun 2015 14:44 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib.
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırır

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Avropa Azərbaycanlıları Konqresi (AAK) bəyanatla çıxış edib. Avropa Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanmış bəyanatda Bakı 2015 I Avropa Oyunlarının önəmi vurğulanaraq, Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına qarşı kəskin etirazı bildirilib.

Konqresdən Trend-ə verilən məlumata görə, bəyanatada qeyd olunur ki, iyunun 12-də Azərbaycan böyük bir hadisənin gerçəkləşməsinə ev sahibliyi etdi, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya idmançılarına qonaqpərvərlik göstərməkdədir. Bakıda baş verən bu tarixi hadisə dünya azərbaycanlıları və o cümlədən Avropada yaşayan azərbaycanlılar üçün qürurvericidir.

AAK Avropa Parlamenitinin diqqətinə çatdırır ki, 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan, bu dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi olub: "Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında qanunsuz girov götürülməsinə, Xocalı soyqırımının acı nəticələrinə cəlb etmək yerinə, müzakirə edilən mövzular qeyri-dəqiq məlumatlar əsasında qurulan tənqidlə əvəz edilir".

AAK bəyan edir ki, Bakıda keçirilən bu möhtəşəm idman tədbiri siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir.

AAK Avropa Parlamentini ədalətli olmağa çaqırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqeyindən çəkinməyi tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti