Azərbaycan, Bakı, 14 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının başçısı Si Cinpinə başsağlığı verib.
Başsağlığında deyilir: "Tyantszin şəhərində baş vermiş güclü partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".