...

Nazir müavini: Məhkəmələrdə şikayətlərin daha diqqətlə araşdırılmasına ciddi fikir verilməlidir

Siyasət Materials 21 Avqust 2015 12:08 (UTC +04:00)
Seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin daha diqqətlə araşdırılmasına ciddi fikir verilməlidir.
Nazir müavini: Məhkəmələrdə şikayətlərin daha diqqətlə araşdırılmasına ciddi fikir verilməlidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/

Seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin daha diqqətlə araşdırılmasına ciddi fikir verilməlidir. Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavini seçki sənədlərinin lazımi qaydada tərtib olunması məsələlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib.

A.Cəfərov seçki kampaniyası zamanı təşviqat materiallarına qarşı qoyulan tələblər barədə də məlumat verib. Qanunvericiliklə təşviqat zamanı qadağan olunmuş, cinayət məsuliyyəti yaradan məqamları da açıqlayıb.

O, həmçinin penitensiar müəssisələrdə seçkilərin keçirilməsi məsələsinə toxunub.

Nazir müavini qeyd edib ki, bundan əvvəl keçirilən prezident və parlament seçkilərində ciddi nöqsanlar qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti