...

Azərbaycan diasporu türkiyəli nazirin qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etiraz etdi

Siyasət Materials 3 Sentyabr 2015 15:51 (UTC +04:00)
Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Türkiyənin yeni hökumətində Avropa İttifaqı üzrə nazir postunu tutan, kürdlərin partiyası kimi tanınmış HDP təmsilçisi Haydar Koncanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etirazını bildirib.
Azərbaycan diasporu türkiyəli nazirin qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etiraz etdi

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Türkiyənin yeni hökumətində Avropa İttifaqı üzrə nazir postunu tutan, kürdlərin partiyası kimi tanınmış HDP təmsilçisi Haydar Koncanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, nazirlə telefon əlaqəsi yaradan B.Dündar Azərbaycan və Türkiyə ictimaiyyətində böyük etirazla qarşılanmış çıxışına dair H.Koncadan açıqlama istəyib. O isə müxbirin sualını cavablandırarkən "soyqırım" kəlməsini istifadə etmədiyini, o dövrdə hər iki tərəfin bir-birinə qarşı qətliam törətdiyini söylədiyini deyib.

B.Dündar H.Koncanın Muş vilayətində işlədiyini xatırladaraq ötən əsrin əvvəllərində erməni silahlı dəstələrinin həmin bölgədə yerli sakinlərə qarşı törətdiyi zülmlərdən xəbərdar olduğunu bildirib və onu bu məsələni tarixi sənədlərlə müzakirə etmək üçün təşkilatın ofisinə dəvət edib. Muşdakı erməni zülmündən məlumatlı oldğunu etiraf edən H.Konca yaxın vaxtlarda TADEF-ə gələcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti