...

Səfirlik: "Washington Post"un Azərbaycana birtərəfli yanaşması təəssüf doğurur

Siyasət Materials 12 Sentyabr 2015 13:49 (UTC +04:00)
“The Washington Post” qəzeti həmin qəzetdə dərc olunmuş “Azərbaycanın ədalətsizliyi” sərlövhəli məqaləyə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin siyasət şöbəsinin əməkdaşı Samirə Səfərovanın şərhini dərc edib.
Səfirlik: "Washington Post"un Azərbaycana birtərəfli yanaşması təəssüf doğurur

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

"The Washington Post" qəzeti həmin qəzetdə dərc olunmuş "Azərbaycanın ədalətsizliyi" sərlövhəli məqaləyə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin siyasət şöbəsinin əməkdaşı Samirə Səfərovanın şərhini dərc edib.

Trend-in məlumatına görə, şərhdə qeyd olunur ki, "The Washington Post" qəzetinin hər hansı kiçik ölkəyə, o cümlədən Azərbaycana ciddi diqqət yetirməsi və onun barəsində tez-tez reportajlar dərc etməsi həmin ölkə üçün xoşagələn hesab edilə bilər, lakin belə materialların birtərəfli xarakteri, o cümlədən qəzetin 17 avqust tarixli nömrəsində dərc edilmiş "Azərbaycanın ədalətsizliyi"" sərlövhəli redaksiya məqaləsi oxucuda təəssüf doğurur.

S.Səfərova daha sonra yazır ki, qanunvericiliyə riayət edilməsi hər bir cəmiyyətdə mühüm rol oynayır: "Ona görə də hətta kimsə məhkəmənin ilkin qərarı ilə razı olmadıqda belə, işin bütün məhkəmə sistemindən, o cümlədən apelyasiya məhkəmələrindən keçməsinə imkan vermək lazımdır. Bu prosedur Birləşmiş Ştatlarda çoxlarına yaxşı məlumdur".

Səfirliyin əməkdaşı vurğulayır ki, yalnız ideoloji səbəbləri əsas götürərək prokurorluğun arqumentlərinin etinasızcasına qəbul edilməməsi cəmiyyətin inkişafına heç də əlverişli şərait yaratmır: "İnsanlar arasında əlaqələr məsələsinə gəldikdə, Azərbaycan tərəfi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının nümayəndələri arasında görüşlərin tərəfdarıdır. Ermənistanın bu cür dialoqdan imtina etməsinin səbəbləri və bizim strateji əhəmiyyətli regionumuzda baş verən digər hadisələr qəzetdə daha geniş və kompleks şəkildə işıqlandırılmağa layiqdir, lakin biz hələlik bunu müşahidə etməmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti