Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında saziş imzalandı (FOTO)

Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında saziş imzalandı (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyası İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

Görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror ölkəmizin son illər ərzində sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Dövlətlərimizin başçılarının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edən Z.Qaralov bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.

A.Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri diqqətə çatdıran Baş prokuror həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış "Əməkdaşlıq Proqramı"nın hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Rusiyanın Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən A.Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Əməkdaşlıq haqqında saziş" imzalanıb.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Bütün xəbərlər