...

Zahid Oruc: "ASAN xidmət" modeli hökumətə çevrilməkdədir

Siyasət Materials 20 Oktyabr 2015 18:26 (UTC +04:00)
"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini iqtisadi sahədə inqilabi addım kimi dəyərləndirənlər haqlıdırlar".
Zahid Oruc: "ASAN xidmət" modeli hökumətə çevrilməkdədir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

"Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini iqtisadi sahədə inqilabi addım kimi dəyərləndirənlər haqlıdırlar".

Bunu Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən fərman Azərbaycanın siyasi azadlığına da, mənəvi mühitinə də çox güclü təsir göstərəcək: "Çünki sahibkarlıq sahəsində aparılan yoxlamalar təkcə sahibkarlıq subyektlərini əzmirdi, ümumi həyatımıza çox mənfi təsir edirdi. Bu məsələ zaman-zaman həm Milli Məclisdə, həm siyasi aləmdə, həm də media aləmində müzakirə olunub. Azərbaycan biznes strukturlarının həmişə hamisi kimi çıxış edən Prezident İlham Əliyev dəfələrlə sahibkarlıq subyektlərinin qanunsuz yoxlanması ilə bağlı narazılıqlarını dilə gətirib. Süründürməçiliyə, bürokratiyaya, rüşvət tələlərinə məruz qoyulan sahibkarlıq subyektləri iri tutumlu sənaye yaratmaq imkanından məhrum olunurdular, eyni zamanda Azərbaycanın bu və ya digər formada iqtisadi asılılığını dərinləşdirirdilər".

Prezident İlham Əliyevin bu fərmanını təqdirəlayiq hal sayan deputat hesab edir ki, bu addım büdcə gəlirlərinin artımasında, o cümlədən yeni iş yerlərinin yaradılmasında vacib rol oynayacaq: "Prezident İlham Əliyev bu fərmanla insanları ürəkləndirən, sevindirən, onun iqtisadi həyatına böyük motiv verən, gələcəyinə ümid yaradan addım atdı. Düşünürəm ki, Prezidentin lisenziyalarla bağlı verdiyi fərman da bu cərgədədir. Bir sözlə, "ASAN xidmət" modeli hökumətə çevrilməkdədir. Bu o anlama gəlir ki, Azərbaycan Prezidenti sadə vətəndaşın yanındadır. Onların həyatı üçün şəffaf prosesin bərqərar olması məqsədilə qərarlar verməkdədir. Mən sizi əmin edirəm ki, çox yaxın gələcəkdə bu dəyişikliyin həm iqtisadi, həm siyasi, həm də mənəvi nəticələrini hiss edəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti