...

Elxan Ələsgərov: Bu genişmiqyaslı terror aktını “Əl-Qaidə” törədə bilərdi

Siyasət Materials 17 Noyabr 2015 14:48 (UTC +04:00)
Trend-in “Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovla müsahibəsi.
Elxan Ələsgərov: Bu genişmiqyaslı terror aktını “Əl-Qaidə” törədə bilərdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Trend-in "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovla müsahibəsi.

- Parisdəkı son terror aktları haqqında nə deyə bilərsiniz?

- Hazırda əldə olan məlumatlara əsasən, terror aktları Parisin altı müxtəlif nöqtəsində törədilib. Şəhərin bir neçə küçəsində ard-arda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 129-a çatıb. Bunlardan 103-nün kimliyi müəyyən edilib, digərlərinin DNT analizi aparılır, 200-dən çox yaralıdan 42-nin vəziyyəti isə ağırdır. Hadisə nəticəsində 5 terrorçu ölüb, ya da polis tərəfindən öldürülüb. Onlardan 3-ü girovlar azad edilərkən "Bataklan" konsert zalında məhv edilib. Daha 2-si "Stad de Frans" stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.

- Sizcə terror aktlarının məhz Fransada törədilməsinin səbəbi nədir və bu terror aktlarının olması haqqında yerli polisin məlumatı var idi mi?

- Avropa ölkələri, məsələn Almaniya və ya İngiltərədən fərgli olaraq, "Ərəb baharı" başlayan kimi Fransa ərəb ölkələrində aktiv siyasi və hərbi tədbirlər görüb. Bələ ki, Fransa hava qüvvələri Liviyanı dəfələrlə bombardman edib. Eyni zamanda, Qəddafiyə qarşı savaşan radikal islam qruplara yardım edib. Sonra Fransa Afrikaya Maliyə ordu göndərib və oradakı savaşda iştirak edib. Bilirsiniz ki, Suriya müstəqillik əldə etdiyi zaman Fransanın mandatı altında olub. Bəşər Əsədə qarşı etirazlar başlayandan bu günə gədər Fransa Suriyadakı siyasi və hərbi hadisələrdə yaxından iştirak edir. Fransada böyük ərəb icması var və bunun tarixi səbəbləri var. Bu icmanın üzvləri Suriyadakı muharibədə aktiv iştirak edirlər. Onların arasında radikal baxışları olanlar coxdur. Təkcə ərəblər yox, fransız və digər millətlərdən olanlar da var. Onların arasında bəziləri Fransanın "ərəb" siyasətini dəstəkləmir, bəziləri isə bizə qaranlıq olan məsələlərdə iştirak etmiş "zombiyə" dönüblər. Fransa və digər Avropa rəsmiləri dəfələrlə bəyan ediblər ki, Siriyadakı muharibədən dönən "cihadçılar" boyük təhlükədir.

- Sizcə son terror aktları "İraq-Şam İslam Dövləti" tərəfindən törədilib?

- Fransa prezidenti Fransua Olland bazar ertəsi respublika konqresi qarşısında çıxış edərkən deyib ki, terror aktları Suriyada planlaşdırılıb, Belçikada isə hazırlanıb. O, "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ölkənin düşməni olduğunu qeyd edib. "Biz Suriyada yorulmadan səbəbi Bəşər Əsəddə deyil, oradakı düşmənimiz İŞİD-də olan problemin siyasi həlli yollarını axtarırıq", - deyə Olland bəyanat verib. Öz növbəsində, Fransanın Baş naziri Manuel Vals Parisdəki terror aktlarının Suriya ərazisində planlaşdırıldığını deyib. Lakin baş nazir terror aktlarının kim tərəfindən törədilməsi barəsində fikir bildirməyib. Fransız rəsmilərinin bəyanatlarında bəzi uyğunsuzluqlar var. "İraq-Şam İslam Dövləti" niyə məhz Suriyada planlar cızıb? Məlumdur ki, "İraq-Şam İslam Dövləti" İraqda yaranıb və əsas mərkəzi İraq ərazisindədir. İŞİD təşkilatının əsas yaradıcıları iraqlı sünnilərdir. Onlara dəstək verən Səddam Hüseynin Tiqritdən olan əqrabası, iraq ordusunun kecmiş zabitləridir. Eyni zamanda, bu təşkilat üçün Parisdə irimiqyaslı terror aktları həyata keçirmək çox cətin və müşkül bir məsələdir. Naməlum və yoxlanılmamış məlumatlar yayılır ki, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Lakin kim, harada, İŞİD-ın hansı üzvü bu məsuliyyəti öz üzərinə götürüb - bu, qaranlıq qalıb.

- Sizcə terror aktlarını kim törədib?

- Bilirsiniz, Suriyada Bəşər Əsədə qarşı muharibə aparan digər bir qüvvə - "Ən-Nusra Cəbhəsi"dir. Bu təşkilat "Əl-Qaidənin" Suriyadakı filialı sayılır və İŞİD ilə rəqabət aparır. İŞİD "İslam dövlətinin" yaradılmasına calışırsa, "Ən-Nusra Cəbhəsi"nin məqsədi Bəşər Əsədi devirib Dəməşqdəki hakimiyyəti ələ keçirməkdir. Fransadan və Belcikadan Suriyaya gələn "cihadçılar" əsasən "Ən-Nusra Cəbhəsi"nin tərkibinə daxil olurlar. Ehtimal edirəm ki, Parisdəki terror aktlarının iştirakcıları məhz "Ən-Nusra Cəbhəsi", yəni "Əl-Qaidə" üzvləri olublar. "Əl-Qaidə" İŞİD-dan fərqli olaraq, beynəlxalq arenada terror aktlarının keçirilməsində daha çox təçrübəyə malikdir. Bu genişmiqyaslı terror aktını "Əl-Qaidə" törədə bilərdi və onların professional imzası hiss olunur.

- Sizcə terrorun qarşısını almaq olar?

- Bunun üçün dünya dövlətləri üc əsas məsələni həll etməlidirlər. Terrorizmə qarşı vahid beynəlxalq "cəbhənin" qurulması, terrorist təşkilatlarının maliyə kanallarının kəsilməsi və terror təşkilatlarına qarşı vahid bir mənfi mövqenin nümayiş etdirilməsi. Parisdə son hadisələri törətmiş insanları terrorist adlandırmaq və eyni zamanda, Xoçalı soyqırımında iştirak etmiş erməni terroristlərini ölkələrinə qonaq kimi dəvət etmək düzgün deyil. Çox təəssüf ki, Türkiyənin Antalya şəhərində keçirilən G20 ("Böyük iyirmilik") sammitində böyük ölkələrin liderləri terrorizmə olan baxışlarında birlik əldə etmədilər və bu sahədə müsbət nətiçə əldə edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti