...

Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır

Siyasət Materials 28 Yanvar 2016 12:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, yeni model ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: "O modelə parlamentə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək".

H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: "Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti