...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi (SİYAHI)

Siyasət Materials 1 Fevral 2016 18:10 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi (SİYAHI)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosial yönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Məmmədova Gülnarə Fazil qızı
Ocaqova Kəmalə Rasim qızı
Bağırova Cəmilə Zöhrab qızı
Manafova Səbinə Afər qızı
İbrahimova Taliyə Mövlud qızı
Qurbanlı Elmira Yadıgar qızı
Səfərov Elgün Firdovsi oğlu
Rəhmətullayeva Ceyran Arif qızı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti