...

Bahar Muradova: Ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir

Siyasət Materials 2 Fevral 2016 13:15 (UTC +04:00)
Bu gün 2 Fevral - Gənclər Günü ilə bağlı Milli Məclisdə "İdarəetmədə islahatlar və gənclik" mövzusunda tədbir keçirilib.
Bahar Muradova: Ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün 2 Fevral - Gənclər Günü ilə bağlı Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin iştirakı ilə "İdarəetmədə islahatlar və gənclik" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən B.Muradova deyib ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ağır proseslər daha çox ölkə gəncliyini təhdid edirdi.

B.Muradova bildirib ki, Azərbaycanda müxtəlif dairələr məhz gənclərin imkanlarından bəhrələnmək istəyirdi: "Elə buna görə də müstəqilliyin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı, gələcək perspektivləri təhdidlərə məruz qalırdı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynadı".

Sədr müavini əlavə edib ki, bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir.

B.Muradova qeyd edib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb: "Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti