...

XİN: Azərbaycan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir

Siyasət Materials 10 Fevral 2016 13:36 (UTC +04:00)
Azərbaycan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir.
XİN: Azərbaycan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsveç arasında siyasi münasibətlər yaxşı səviyyədədir: "Azərbaycan hazırda diplomatik ofis kimi təmsil olunan İsveçin Bakıdakı səfirliyinin fəaliyyətinin genişləndirilməsini gözləyir".

E.Məmmədyarov qeyd edib ki, İsveçin Azərbaycandakı səfirliyinin iqamətgahı Stokholmdadır.

M.Vallström bildirib ki, özünün indiki səfərini ikitərəfli formatda və Aİ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanla əməkdaşlığa dəstək kimi nəzərdən keçirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti